“BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi heç də təsadüfi deyil. Azərbaycan fərqli dini konfessiyaların nümayəndələrinin, müxtəlif millətlərin birlikdə yaşadığı multikultural məkandır”.
Bu sözləri ABŞ-ın Midl Tennesi Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Səncay Astana AZƏRTAC-a müsahibəsində deyib.
Amerikalı professor bildirib ki, BMT-nin fəaliyyəti gənclər üçün də mühüm əhəmiyyət kəsb edir. Bu cür mötəbər tədbirlərdə onlar informasiya, sosial media, vizual media kimi sahələrdəki fəaliyyətlərini paylaşaraq yeni əlaqələr qurmaq imkanı qazanırlar.