“Rusiyadakı Azərbaycan diasporu yetərincə güclü və nüfuzludur. İnanıram ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) fəaliyyəti Rusiya qanunvericiliyinin tələbləri çərçivəsində tezliklə bərpa olunacaq”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Rusiyada türk diaspor təşkilatlarından biri olan Avrasiya Komitəsinin rəhbəri Əli Qalib Savaşır deyib.
ÜAK-ın bağlanması xəbərini böyük təəssüf hissi ilə qarşıladığını bildirən Əli Qalib Savaşır Konqresin qeydiyyatının tezlikdə bərpa ediləcəyinə əminliyini bildirib.
O əlavə edib ki, Azərbaycan diasporu Rusiya ilə Türkiyə arasında dostluq münasibətlərinin inkişafında da önəmli rol oynayır.