“Azərbaycanda referendum qanunvericiliyin tələblərinə uyğun keçirilir”. Bunu Trend-ə Avstraliya parlamentinin müşahidə missiyasının üzvü Lyuk Simpkins deyib.
Onun sözlərinə görə, müşahidə missiyası Bakıda təqribən 10 seçki məntəqəsində olub.
L.Simpkins qeyd edib ki, missiya heç bir qanun pozuntusu qeydə almayıb: “Seçici fəallığı olduqca yüksəkdir”.