Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Suez Groupe” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüşü olub

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Suez Groupe” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüşü olub

Martın 11-də Fransa Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Suez Groupe” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Qebali ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə “Suez Groupe” şirkəti arasında ətraf mühit, ekologiya və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.