Beynəlxalq müşahidəçi: Azərbaycanda səsvermədə seçici fəallığı müşahidə edilir

Beynəlxalq müşahidəçi: Azərbaycanda səsvermədə seçici fəallığı müşahidə edilir

Seçkilər yüksək səviyyədə təşkil olunub. Seçici fəallığı müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bolqarıstanın Azad və Demokratik Seçkilər üçün Vətəndaş Təşəbbüsü (GISDI) qeyri-hökumət təşkilatının xətti ilə Azərbaycanda prezident seçkilərini müşahidə edən serbiyalı Aliqrudic Milos bildirib.
O deyib: “Seçicilərin seçki qanunvericiliyi ilə tanış olduqlarını müşahidə etdim. Çoxlu sayda yerli və beynəlxalq müşahidəçi seçkiləri izləyir. İndiyə kimi müşahidə apardığım 9 seçki məntəqəsində heç bir qayda pozuntusu qeydə alınmayıb və biz müşahidəçilərə heç bir şikayət daxil olmayıb”.