Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın martın 15-də ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti, xanım Marianna Vardinoyannis ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə VI Bakı Qlobal Forumuna dünyanın bir çox ölkəsindən iştirakçıların qatıldığı diqqətə çatdırılıb və bunun tədbirə olan böyük marağın daha bir göstəricisi olduğu bildirilib.
Görüşdə Forumun artıq beynəlxalq platformaya çevrildiyi qeyd edilib, bu tədbir çərçivəsində müzakirə edilən mövzuların əhəmiyyəti vurğulanıb.