İcbari tibbi sıgortanın baza hissəsi bütün vətəndaşlara şamil ediləcək. Amma elə xidmətlər də var ki, onların tətbiq olunması icbari tibbi sığortada nəzərdə tutulmayıb.
Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Əli Əhmədov qeyd edib ki, icbari tibbi sığorta böyük sosial layihə olaraq 2020-ci ildən tətbiq olunacaq: “İcbari tibbi sığorta ilə bağlı paketdə hansı xidmətlərin göstəriləcəyi nəzərdə tutulub. Bütövlükdə icbari tibbi sığortanın tətbiqi səhiyyə xidmətlərini əhəmiyyətli dərəcədə genişləndirəcək”.