Əli Həsənov: Azərbaycan "Nabucco" kəmərini qazla təchiz etməyə hazırdır

Əli Həsənov: Azərbaycan "Nabucco" kəmərini qazla təchiz etməyə hazırdır
“Azərbaycanın “Nabucco” məsələsində verə biləcəyi yeganə şey qazdır və biz buna hazırıq. Amma Azərbaycan İtaliya, Bolqarıstan, Almaniya, Belçikanın mavi yanacağa olan təminatını ödəmək üçün Avropaya qaz kəməri çəkə bilməz”. APA-nın məlumatına görə, bu sözləri Türkiyənin “Cihan” agentliyinə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, Azərbaycanın belə bir qaz kəmərini çəkməsi mümkün deyil: “Bu, 20 milyard dollarlıq layihədir. Azərbaycan bu layihədə üzərinə düşən işi görə bilər. Biz sərhəddə qaz alıcılarına verdiyimiz qazın 50 faizini “Nabucco”ya verməyə hazırıq”.