Fransada Xocalı soyqırımının tanınması ilə bağlı petisiyaya qoşulanların sayı 8 minə çatıb

Fransada Xocalı soyqırımının tanınması ilə bağlı petisiyaya qoşulanların sayı 8 minə çatıb

Fransada fəaliyyət göstərən vəkil Olivye Pardo tərəfindən www.change.org saytında Xocalı soyqırımının tanınması üçün yerləşdirilən petisiyaya qoşulanların sayı 8 minə çatıb.
Petisiyada Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş qətliam nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan daxil olmaqla, 613 nəfərin qətlə yetirildiyi, 1275 sakinin əsir götürüldüyü barədə məlumat verilir. Təəssüflə qeyd edilir ki, Fransa ictimaiyyəti bu faciə haqqında az məlumatlıdır. İnsan hüquqlarının ənənəvi müdafiəçisi, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərin tanınmasına böyük önəm verən dövlət kimi Fransa bu soyqırımına münasibətdə fərqli mövqe tutmamalıdır.
Petisiyada Fransa hökumətinə və beynəlxalq təşkilatlara müraciət edilərək Xocalı soyqırımının tanıdılmasına çağırış edilir.
https://www.change.org/p/petition-pour-faire-reconnaitre-le-massacre-de-khojaly?recruiter=686290955&utm_source=share_petition&utm_medium=email&utm_campaign=share_email_responsive