Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili avqustun 31-də Azərbaycan Respublikasına səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın Baş nazirini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.
* * *
Baş nazir Giorgi Kvirikaşvilinin Azərbaycana səfəri avqustun 31-də başa çatıb.