İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu dekabrın 13-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İsrailin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Baş nazir Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.
* * *
İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana işgüzar səfəri dekabrın 13-də başa çatıb.