Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Mərkəzçi Demokratik İnternasionalın tərkibində Kambocada keçirilən parlament seçkilərini müşahidə etmək üçün bu ölkədə səfərdədir.
Sevinc Fətəliyevanın AZƏRTAC-a verdiyi məlumata görə, o, Mərkəzçi Demokratik İnternasionalın tərkibində Azərbaycandan olan yeganə müşahidəçidir. O, Yeni Azərbaycan Partiyasını təmsil edir. Səfər çərçivəsində YAP-ın şöbə müdiri “Kambocada siyasi vəziyyət və milli seçki prosesi” mövzusunda keçirilən brifinqdə iştirak edib, ölkənin Baş naziri, Senatın prezidenti, daxili işlər naziri və siyasi partiyaların nümayəndələri ilə görüşüb.