“Bu ilin aprel ayında ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində tarixi abidələrə və məscidlərə dəymiş ziyanla bağlı araşdırma aparılır”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, Komitə bununla bağlı müvafiq qurumlara müraciət edib: “Hazırda araşdırmalar aparılır. Proses başa çatdıqdan sonra yaşayış məntəqələrinin bərpası ilə yanaşı, tarixi abidələrin, o cümlədən məscidlərin bərpası həyata keçiriləcək”.