“Gənclər beynəlxalq ictimaiyyətin çox mühüm təbəqəsini təşkil edir. Odur ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən Gənclər Forumunda səslənən fikirlər həm gələcək nəsillərin tərəqqisi, həm də beynəlxalq ictimai meyarlar baxımından olduqca faydalıdır”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində ABŞ-da fəaliyyət göstərən tunisli yazıçı, Nyu-York Universiteti nəzdində Müsəlman Aləmi və ABŞ-Qərb Dialoq Mərkəzinin təsisçisi Mustafa Tlili deyib.
“Bu, mənim Bakıya ilk səfərimdir. Burada olduğum qısa müddət ərzində şəhəri gəzmək imkanını qaçırmadım. İçərişəhər möhtəşəm məkandır”, - deyə tunisli yazıçı bildirib.