Prezidentin tapşırığına əsasən, FHN-in amfibiya təyyarəsi Türkiyəyə yola düşəcək

Prezidentin tapşırığına əsasən, FHN-in amfibiya təyyarəsi Türkiyəyə yola düşəcək

Məlum olduğu kimi, qardaş Türkiyə Respublikasının Muğla bölgəsində hazırda meşə yanğınları davam edir.

yeniazerbaycan.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək.