Rumıniya mətbuatı Roma Papasının Azərbaycana səfərini geniş işıqlandırıb

Rumıniya mətbuatı Roma Papasının Azərbaycana səfərini geniş işıqlandırıb

Rumıniyanın qabaqcıl xəbər portalları, o cümlədən bu ölkənin milli xəbər agentliyi AGERPRES, “Curierul National” qəzeti, B1 və TVR televiziya kanalları Roma Papası Fransiskin Azərbaycana səfəri barədə məlumatlar yayıblar.
Məlumatlarda Papanın Bakıdakı Katolik Kilsəsində keçirdiyi messa-dini mərasimi, Prezident İlham Əliyev ilə görüşü, Heydər Əliyev Mərkəzində ictimaiyyət nümayəndələri qarşısındakı çıxışı və Heydər məscidini ziyarəti qeyd olunub, Azərbaycana səfərinin əhəmiyyəti vurğulanıb.