Azərbaycandakı seçki prosesini müsbət qiymətləndirirəm. Vətəndaşlara öz məsuliyyətindən irəli gələrək seçkilərdə iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb. Bu sözləri sechki-2018.az saytına açıqlamasında Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs bildirib.
O qeyd edib ki, seçkilər ölkənin gələcəyini, xarici və daxili siyasətini müəyyənləşdirir: “Məhz buna görə də seçkilər hər bir ölkə üçün çox vacibdir. Əminəm ki, Azərbaycan seçiciləri bu seçkidə öz iradələrini nümayiş etdirəcək və doğru seçim edəcəklər”.