“Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) o qədər ədalətsiz qərarlar qəbul edir ki, artıq yerli məhkəmələr onu qəbul etmirlər. Məsələn, elə hallar olur ki, prosedur qaydalar pozulur”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “teleqraf.com”a açıqlamasında deyib. Onun sözlərinə görə, 10-dan artıq ölkə, o cümlədən Böyük Britaniya, Polşa, Macarıstan və digərləri Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını qəbul etmir. Bu da ondan irəli gəlir ki, milli qanunvericiliyi tapdalayıb ədalətsiz qərar qəbul edilir. Hansısa anonim yazı, hansısa müraciət əsasında bu cür qərarlar qəbul olunur.
S.Novruzov qeyd edib ki, AİHM “Çıraqovlar işi” üzrə qərar qəbul etsə də, rəsmi Yerevan bu qərarı yerinə yetirməkdən imtina edir: “Ona görə də Avropa Məhkəməsinin qərarları həm ədalətli olmalı, həm də bu ədalətli qərarın yerinə yetirilməsinin mexanizmi olmalıdır. Yerli qanunvericiliyə də hörmətlə yanaşılmalıdır”.