Siyavuş Novruzov: Siyasi partiyalardan növbəti iqtidar-müxalifət görüşünün keçirilməsi ilə bağlı müraciətlər var

Siyavuş Novruzov: Siyasi partiyalardan növbəti iqtidar-müxalifət görüşünün keçirilməsi ilə bağlı müraciətlər var

“YAP-ın Dialoq Komissiyasına siyasi partiyalar tərəfindən təkliflər daxil olub”.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, siyasi partiyalar tərəfindən növbəti iqtidar-müxalifət görüşünün keçirilməsi ilə bağlı müraciət var: “Bildiyiniz kimi, YAP-ın Dialoq Komissiyası fəaliyyət göstərir və bu müraciətlər komissiyada araşdırılır. Təkliflərə baxıldıqdan sonra görüşlə bağlı qərar veriləcək”.