Güclü dövlət, milli birlik və ideoloji təhlükəsizlik...

Güclü dövlət, milli birlik və ideoloji təhlükəsizlik...

 

Dünənin siyasi irsindən sabahın daha qüdrətli Azərbaycanına doğru

Yeni Azərbaycan Partiyasının Azərbaycanın dövlətçilik tarixində yeri, ölkəmizdə siyasi mədəniyyətin formalaşması və inkişafı prosesindəki rolu əvəzsizdir. Birmənalı olaraq vurğulanmalıdır ki, Azərbaycanda siyasi sabitliyin bərqərar olunması və qorunması, demokratik dəyərlərin təkamülü, keçid dövrünü yaşayan dövlətdə bazar iqtisadiyyatının möhkəm təməllər üzərində möhkəmlənməsi, cəmiyyətimizin qlobal dünyaya inteqrasiyası, siyasi institutların yaradılması və vətəndaş cəmiyyətinin qurulması kimi dövlətimiz qarşısında dayanan tarixi əhəmiyyətli məsələlərin həllində Yeni Azərbaycan Partiyasının və bu partiyada birləşən qabiliyyətli, bacarıqlı insanların rolu çox böyük olub. Azərbaycan dövlətçiliyinin ən çətin və mürəkkəb bir dövründə təsis olunmuş YAP dünya tarixində çox nadir partiyalardandır ki, yaradıldığından cəmisi bir neçə ay sonra ölkədə iqtidara gəlib. Bu gün YAP-ın əldə etdiyi uğurları, bu partiyanın Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi istiqamətindəki xidmətlərini təhlil edərkən, şübhəsiz ilk olaraq bu partiyanı yaradan, onun meydana çıxmasını zəruri edən tərixi şərtlərə nəzər salmaq lazımdır.

Yeni Azərbaycan Partiyasının təsis qurultayı qələbələrimizə yol açıb

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII ?urultayındakı proqram xarakterli çıxışında bildirdi ki, bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi. O vaxt cəmiyyətimizin cəsarətli insanları, mütərəqqi insanlar, Azərbaycan dövlətinin taleyini düşünən insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşmişdilər: “1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açmışdır. Bu, bir ictimai sifariş idi. Çünki o vaxt Azərbaycan artıq idarəolunmaz vəziyyətə düşmüşdü. Müstəqillik bərpa ediləndən sonra, hətta ona qədər biz böyük itkilərlə üzləşmişdik. Həm torpaq itkisi, eyni zamanda, ölkəmizdə gedən xoşagəlməz proseslər faktiki olaraq Azərbaycanı uğursuz dövlətə çevirirdi. Bir-birini əvəzləyən dırnaqarası liderlər faktiki olaraq iflic vəziyyətdə idi, öz vəzifə borclarını yerinə yetirə bilmirdilər və beləliklə, torpaqlarımız hissə-hissə işğal edilməyə başlamışdır”.

Bəli, 1992-ci ildə ölkədə baş alıb gedən hərc-mərclik, özbaşnalıq təbii olaraq dövlətin daxilində hakimiyyətsizlik və siyasi-iqtisadi böhran yaratmışdı. Belə bir çətin vəziyyətdə yaranan Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli ?iderimiz Heydər Əliyev partiyanın hədəflərini daha geniş perspektivə müəyyənləşdirmişdi - Azərbaycan dövlətçiliyinin maraqlarını özündə ehtiva edən və bu milli maraqlar çərçivəsində formalaşdırılan hədəflərin başlıca önəmi inkişafı dəstəkləmək, siyasi sabitliyə nail olmaq, quruculuq prosesinə start vermək idi. Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldiyi zaman artıq partiyanın məramı və məqsədləri cəmiyyətə bəlli idi. İnkişafın əsas düsturu sayılan iqtisadi dinamizmin artırılması, beynəlxalq aləmdə tanınan, müstəqil siyasi xəttə malik Azərbaycanın qurulmasında ən ön planda iştirak etmək Yeni Azərbaycan Partiyasının məqsədi və məramı idi. ?ə bu proqr?m həyata keçdi - Ümummilli ?iderimiz Heydər Əliyevin siyasi təcrübəsi Azərbaycanı nəinki o dövrün iqtisadi təhlükələrindən qorudu, hətta gələcək dövlət strategiyasının müəyyənləşməsində, xarici siyasətin formalaşmasında, dövlətin iqtisadi təməllərinin atılmasında böyük önəm daşıyırdı. Ölkə qısa müddətdə inamlı inkişaf yoluna qədəm ????? və siyasi, iqtisadi potensial gücləndirildi. Azərbaycan bölgədə lider dövlətə çevrildi.

Heydər Əliyev siyasi xətti dəyişməzdir

Dövlət başçısı YAP-ın VIII ?urultayındakı çıxışında Heydər Əliyev siyasi xəttinin davam etdiriləcəyini xüsusi olaraq vurğuladı. 1994-cü ildən bu yana gedilən inkişaf yoluna nəzər salan Prezident İlham Əliyev bildirdi ki, o vaxt atəşkəs hələ təzə elan edilmişdi: “Ondan bir neçə ay sonra “Əsrin kontraktı” imzalandı və böyük investisiya axını gəlməyə başladı. Bütün bu dövr ərzində, eyni zamanda, dövlətçiliyin əsasları qoyuldu. Azərbaycanın ümumi inkişaf strategiyası müəyyən olundu ki, bu gün də bu strategiya bizə yol göstərir. Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır”.

Bəli, bu gün qlobal dünyanın mühüm bir parçasına çevrilmiş, sözü imzası olan, son 80 ilin tam qələbə qazanan, özünün ərazi bütövlüyünü və suverenliyini təmin edən, beynəlxalq münasibətlər sistemində orta güc kimi qəbul olunan Azərbaycan dövlətçiliyinin əldə etdiyi bütün uğurların təməlində Heydər Əliyev siyasəti dayanır. Bu gün həmin siyasətin davamlı və prinsipal istiqaməti ölkəmizi bu inkişaf yolunun daha da sürətlənməsinə təkan verir. ?əsadüfi dey??di ki, hələ 2003-cü ildə ilk dəfə ölkə başçısı seçilən Prezident İlham

Əliyev bəyan etmişdi ki, Azərbaycanı irəli daşıyacaq yeganə yolu - Heydər Əliyev siyasətini davam etdirəcək. Prezident İlham Əliyev yeni dövrdə müasir inkişafı, yeni çağırışları məhz ölkəmizin təməl siyasi xəttinə uzlaşdırdı. Əsas və dönməz yolumuz olan müstəqillik və dövlətçilik prinsipi, milli birlik və həmrəylik xətti, milli maraqlar ətrafında səfərbər olmaq qüdrətimiz mövcud mənzərəni ortaya qoyur - bu gün bütün dünya Azərbaycana qarşı hörmətlə yanaşır. Yeni hədəflərimiz, yeni prioritetlərimiz də məhz bu kontekstdə - dövlətçiliyə sədaqət, müstəqlilliyimizin möhkəmlənməsinə töhfə kontekstində müəyyənləşir. Azərbaycan əldə etdiyi qələbələri əm?kdaşlıq üçün tezisə çevirir - Bakı bu gün qlobal dünyanın etibarlı əməkdaşlıq, bərabərhüquqlu tərəfdaşlıq ünvanı kimi tanınır.

İdeoloji təhlükəsizlik mühüm prioritetlərdəndir

Müasir dövrdə, xüsusilə yeni nizamda ön plana çıxan dövlətlərin təhlükəsizliyi yalnız hərbi qüdrət, iqtisadi potensial və sərhədlərin toxunulmazlığı ilə məhdudlaşmır. Qloballaşan dünyada ideoloji təhlükəsizlik də milli maraqların qorunmasının, dövlət müstəqilliyinin möhkəmləndirilməsinin mühüm şərtinə çevrilib. Bu gün müxtəlif güc mərkəzləri siyasi, informasiya və ideoloji vasitələrdən istifadə etməklə ayrı-ayrı ölkələrin daxili proseslərinə təsir göstərməyə, cəmiyyətlərdə parçalanma yaratmağa çalışırlar. Belə şəraitdə milli kimliyin, dövlətçilik ənənələrinin və ümummilli maraqların qorunması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev çıxışında bildirib ki, ideoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir: “Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik. Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir”.

Azərbaycan bu reallıqları düzgün qiymətləndirərək ideoloji təhlükəsizliyi dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib. Ulu ?ndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası cəmiyyətimizin birliyini, milli həmrəyliyini və dövlətə bağlılığını təmin edən fundamental dəyərlər sistemidir. Bu ideoloji xətt müasir dövrdə Prezident İlham

Əliyevin rəhbərliyi ilə yeni çağırışlara uyğun şəkildə inkişaf etdirilir. Xüsusilə Vətən müharibəsində qazanılan tarixi Zəfər milli birliyimizin, dövlətçilik iradəmizin və ideoloji bütövlüyümüzün gücünü nümayiş etdirdi. Bu gün ideoloji təhlükəsizliyin təmin edilməsi həm də informasiya məkanının qorunmasını, saxta məlumatlara, manipulyasiyalara, milli-mənəvi dəyərləri hədəf alan təbliğatlara qarşı mübarizəni tələb edir. Burada əsas məsələ cəmiyyətin, xüsusilə gənc nəslin milli düşüncə əsasında formalaşması, dövlətçilik maraqlarına sədaqət ruhunda yetişməsidir. Çünki güclü dövlətin təməlində yalnız iqtisadi və hərbi qüdrət deyil, eyni zamanda milli ideyaya söykənən sağlam cəmiyyət dayanır.

Pərviz SADAYOĞLU