Litvanın xarici işlər naziri bu gün Azərbaycana rəsmi səfərə gəlir

Bu gün Litvanın xarici işlər naziri Viqaudas Uşatskas Azərbaycana 3 günlük rəsmi səfərə gəlir. APA-nın XİN mətbuat xidmətinə istinadən məlumatına görə, səfərin ilk günü V.Uşatskas Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək, əklil qoyulma mərasimində iştirak edəcək. Həmin gün nazir V.Uşatskas Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçiriləcək.