“Azərbaycan ilə Vyetnam arasında dostluq əlaqələri yüksək səviyyədədir”.
Bu sözləri BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunda iştirak edən Vyetnamın “Spread Out” gənclər akademik klubunun nümayəndəsi Ton Nu Vu AZƏRTAC-a müsahibəsində deyib.
“Bakını çox bəyəndim. Onun özünəməxsus arxitekturası insanı heyran edir. Şəhərinizi gəzməyi səbirsizliklə gözləyirəm”, - deyə vyetnamlı qonaq bildirib.