Türkiyəli ekspert: Aprelin 11-də Azərbaycan demokratik dəyərlərə sadiqliyini bir daha nümayiş etdirəcək

Türkiyəli ekspert: Aprelin 11-də Azərbaycan demokratik dəyərlərə sadiqliyini bir daha nümayiş etdirəcək

Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra iki qardaş ölkə arasında əlaqələr ən yüksək səviyyəyə çatıb. Əminəm ki, aprelin 11-də Azərbaycanda keçiriləcək seçkilərdən sonra da bu əməkdaşlıq münasibətləri uğurla genişlənəcək. Bunu sechki-2018.az saytına açıqlamasında enerji məsələləri üzrə ekspert, Mersin Universitetinin müəllimi Azime Telli Serpin bildirib.
Azime Telli Serpin deyib ki, bu gün Azərbaycan regionun ən güclü ölkəsidir: “Azərbaycanın və Türkiyənin təşəbbüsü ilə qlobal layihələr uğurla həyata keçirilir. Bu səbəbdən Azərbaycandakı seçkilər regional əhəmiyyətə malikdir. Əminəm ki, bu seçkilər Azərbaycanın demokratik dəyərlərə sadiqliyini bir daha nümayiş etdirəcək”.