YAP-ın Sədr müavini Əli Əhmədov ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayı qəbul edib
Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov dünən ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayı partiyanın mənzil qərargahında qəbul edib. Görüşdə ATƏT-in Bakı ofisi ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın gələcək perspektivləri və həyata keçiriləcək birgə layihələr haqqında ətraflı fikir mübadiləsi aparılıb.