Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov aprelin 10-da partiyanın mənzil-qərargahında MDB ölkələri Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvləri ilə görüşüb.
Görüşdə YAP-ın Sədr müavini Əli Əhmədov prezident seçkilərinə hazırlıq prosesindən bəhs edərək qanunvericiliyə uyğun olaraq bu istiqamətdə bütün zəruri addımların atıldığını qeyd edib.
Öz növbəsində, müşahidə missiyasının üzvləri Azərbaycandakı seçkiqabağı mühiti müsbət qiymətləndirərək, seçicilərin öz iradələrini sərbəst ifadə etmələri üçün lazımi şəraitin yaradıldığını bildiriblər.
YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov görüşdə iştirak edib.