YAP-ın Sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının VI Qurultayında iştirak edib

YAP-ın Sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının VI Qurultayında iştirak edib

Avqustun 18-də Türkiyənin paytaxtı Ankara şəhərində Ədalət və İnkişaf Partiyasının VI Qurultayı keçirilib.
Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qurultayın işində iştirak edib.
Nümayəndə heyətinə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov və Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov daxil olublar.