Mərkəzi Seçki Komissiyasının (MSK) 56 saylı Xaçmaz kənd seçki dairəsində aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıqlar tamamlanmaq üzrədir.
Dairə seçki komissiyasının sədri Zöhrab Səfərovun sechki-2018.az saytına verdiyi məlumata görə, dairə üzrə 44 daimi məntəqə yaradılıb, 10 məntəqədə veb-kameralar quraşdırılıb.
Seçki dairəsi üzrə seçicilərin ümumi sayının 45 min 692 nəfər olduğunu deyən Z.Səfərov söyləyib ki, ilk dəfə səs verəcək seçicilərin sayı 677 nəfərdir.
O, dairə üzə 1 seçicinin 100-dən yuxarı yaşda olduğunu bildirib.
Z.Səfərov əlavə edib ki, dairə seçki komissiyası prezident seçkilərinə hazırlıq işlərini yüksək səviyyədə həyata keçirir.
O deyib: “Ümumi hazırlıq işləri tam qaydasındadır. Bütün məntəqələr MSK tərəfindən göndərilmiş zəruri avadanlıqlarla təmin olunub”.