“Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən, müasir güclü ölkə kimi təqdim edə bilib”. Bunu fəal gənc Aytən Məmmədova deyib. A.Məmmədova bildirib ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsini biz gənclər dəstəkləyirik: “Hesab edirəm ki, ölkəmiz Avropa idman ailəsinin bizə göstərdiyi etimadı layiqincə doğruldacaq. Bu Oyunların Bakıda keçirilməsi ölkə başçısı İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısının bariz nümunəsidir. Məhz ölkə başçısının idmana göstərdiyi diqqət və qayğı sahəsində idmanımız inkişaf edib. Bu gün bizim beynəlxalq yarışları təşkil etmək üçün kifayət qədər təcrübəmiz var. Son illər Azərbaycanda keçirilən çoxsaylı dünya və Avropa çempionatları bunun bariz örnəyidir. Önəmli məsələ isə xalqımızın bu qərarı böyük sevinc və qürur hissi ilə qarşılamasıdır”.
Vüsalə CAVANŞİR