AZAL Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəza enişi etməsi ilə bağlı yeni məlumatları açıqlayıb.
Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin olub. İlkin məlumata görə, onlardan 37 nəfər Azərbaycan vətəndaşı, 16 nəfər Rusiya vətəndaşı, 6 nəfər Qazaxıstan vətəndaşı, 3 nəfər Qırğızıstan vətəndaşıdır. Sərnişinlərin siyahısı yaxın zamanda ictimaiyyətə açıqlanacaq.