Bakıdan Qəbələyə və əks istiqamətdə əlavə qatar reysi təşkil ediləcək

Bakıdan Qəbələyə və əks istiqamətdə əlavə qatar reysi təşkil ediləcək

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə yanvarın 3-də Bakıdan Qəbələyə və Qəbələdən Bakıya əlavə qatar reysləri təyin edir.

ADY-dən AZƏRTAC-a bildirilib ki, dekabrın 30-da bu marşrut üzrə hər iki istiqamətə qatar reysləri təşkil ediləcək. Eyni zamanda, dekabrın 31-də Bakıdan Qəbələyə, 2 yanvarda isə əks istiqamətdə əlavə qatar hərəkətdə olacaq.