Binəqədi rayonunda baş vermiş yanğın zamanı təbiətə 11 min 700 manat ziyan dəyib

Binəqədi rayonunda baş vermiş yanğın zamanı təbiətə 11 min 700 manat ziyan dəyib

Aprelin 20-də Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən “Tayqa” marketin anbarında baş verən yanğın zamanı 5 ağacın yanaraq məhv olması nəticəsində təbiətə 11 min 700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Bunu AZƏRTAC-a açıqlamasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev bildirib. O qeyd edib ki, faktla bağlı akt tərtib olunub. Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış sənədlər Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndərilməsi üçün hazırlanır.