Bir qrup vətənpərvər gənc AXCP sədri Əli Kərimlinin evi qarşısında aksiya keçirib

Bir qrup vətənpərvər gənc AXCP sədri Əli Kərimlinin evi qarşısında aksiya keçirib

Aprelin 9-u bir qrup vətənpərvər gənc AXCP sədri Əli Kərimlinin evi qarşısında aksiya keçirib.
“Trend”in məlumatına görə, aksiyada gənclər Ə.Kərimlinin sosial şəbəkədə qeyd etdiyi anti-Azərbaycan fikirlərinə etirazlarını ifadə edərək müxtəlif şüarlar səsləndiriblər.
Aksiyada gənclər “Müharibədə olmayan müharibə təbliğatçısı”, “Şəhid qanından istifadə edən şərəfsiz”, “Vətən satqınlarına Azərbaycanda yer yoxdur”, “Əli Kərimliyə ar olsun”, “Milli satqın”, “Erməni nökəri” kimi şüarlar səsləndiriblər.