Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı ilə “Bilik gücümüzdür” layihəsi çərçivəsində altıncıtədbirini 10 oktyabr 2020-ci ildə saat 14.00-da təşkil edib.
Layihənin məqsədi gənclər arasında zorakılığa qarşı mübarizə istiqamətində məlumatlandırıcı və maarifləndirici onlayn seminarlar keçirmək və bu sahəyə ictimayyətin diqqətini cəlb etməkdir.
Xatırladaq ki, seminarların əsas məqsədlərindən biri pandemiya zamanı qapalı vəziyyətdə olan gənclərimizdə özünəinamı artırmaq, onların diqqətini təhsilə yönəltmək, həmyaşıdları ilə münasibət qurmaqda çətinlik çəkməməsini təmin etməkdir.