Keçmiş məcburi köçkün: Atam həmişə deyirdi ki, biz qayıdacağıq

Keçmiş məcburi köçkün: Atam həmişə deyirdi ki, biz qayıdacağıq

Kəndimizə qayıtdığımız üçün çox sevincliyəm, həqiqətən də böyük qürur yaşayırıq. Kaş ki, atam da bu günləri görəydi. O, həmişə inanırdı ki, qayıdacağıq. Hər dəfə deyirdi: “Qızım, biz qayıdacağıq”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində keçmiş məcburi köçkün Təranə Məmmədova deyib.

O, həmçinin şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir diləyib, qazilərə cansağlığı arzulayıb.