Milli qəhrəman Natiq Qasımovun anası, 1942-ci il təvəllüdlü Dursun Qasımova bu gün Gəncədə rəhmətə gedib.
Yeniazerbaycan.com xəbər verir ki, onun sabah Gəncədə dəfn edilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Natiq Qasımov 1992-ci il mart ayının 2-də könüllü olaraq «Qarabağ şahinləri» dəstəsinin tərkibində cəbhəyə yollanmış, Əskəran, Xanabad, Xramort kəndlərinin düşməndən təmizlənməsində böyük igidlik göstərmişdir. Qasımov Natiq Səlim oğlu 1992-ci il mart ayının 12-də Xramort kəndi uğrunda gedən qızğın döyüşlərin birində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış və Mingəçevir şəhər Şəhidlər Xiyabınında dəfn edilmişdi.