Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən “Qəlbi qüsursuzlar” adlı layihənin Qala gecəsi keçirilib. Layihənin rəhbəri YAP Gənclər Birliyinin fəal üzvü Nigar Qasımovadır.
N.Qasımova bildirib ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsinin qalibi olub: “Layihənin əsas məqsədi nitq qüsurlu insanların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Tanınan simaların iştirakı ilə “Sarı gəlin” mahnısı işarət dilində ifa edilib. Və layihənin ən böyük məqsədi isə əsl qüsurun əldə, ayaqda, dildə deyil, qəlbdə olmasını göstərmək idi. Təki qəlbimiz qüsursuz olsun”.