Qubada “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramı ilə bağlı ictimai müzakirə təşkil edilib

Qubada “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramı ilə bağlı ictimai müzakirə təşkil edilib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü, Quba rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Quba şəhərində “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramı ilə bağlı ictimai müzakirə təşkil olunub.
ARGTMŞ-dən verilən məlumata görə, müzakirə zamanı iştirakçılar tərəfindən Dövlət Proqramının “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın müvafiq maddələri üzrə müzakirələr aparılıb və “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramına təkliflər səsləndirilib.
İctimai müzakirələr zamanı səsləndirilən təkliflər toplanaraq, Gənclər və İdman Nazirliyinə təqdim olunacaq.