Sabah ölkə ərazisində hava şəraiti yağıntılı olacaq

Sabah ölkə ərazisində hava şəraiti yağıntılı olacaq

Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

Xidmətdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında yanvarın 7-si axşamdan 8-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın bəzi şərq rayonlarında yanvarın 7-dən 8-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi ehtimal olunur.