Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Məşğulluq Filialı tərəfindən Sabirabad şəhərində əmək yarmarkası təşkil olunub.
Mil-Muğan Regional Məşğulluq filialından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yarmarkaya 14 müəssisə tərəfindən, ümumilikdə, 100-ə yaxın boş iş yeri təqdim edilib. Boş iş yerləri üzrə işəgötürənlər tərəfindən təklif edilən əməkhaqqı 400-1280 AZN arasında olub.
Vətəndaşlar Qarabağ Peşə Hazırlığı Mərkəzi tərəfindən Peşə hazırlığı istiqamətində də məlumatlandırılıblar.
Yarmarkada 165 işsiz və işaxtaran şəxs qeydiyyatdan keçib. İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.