Sabirabadda yeni yerüstü piyada keçidi inşa edilib

Sabirabadda yeni yerüstü piyada keçidi inşa edilib

M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun 43-cü kilometrliyində (Sabirabad rayonu ərazisində) yeni yerüstü piyada keçidinin inşası yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, iki giriş-çıxışdan ibarət olan keçidin ümumi uzunluğu 29 metr, eni 3 metr, pilləkənlərin eni 3 metrdir. Yol səviyyəsindən hündürlüyü 6 metr olan keçid metal konstruksiyalıdır.

Layihə çərçivəsində keçidin ətrafında abadlaşdırılma işləri görülüb.