Uşağın anadan olmasına görə müavinət alanların sayı açıqlanıb

Uşağın anadan olmasına görə müavinət alanların sayı açıqlanıb

Bu ilin yanvar-avqust ayları ərzində 56 min 980 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib.

Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müavinət ödənişləri 26 min 675 qız, 30 min 305 oğlan uşağına görə aparılıb.