Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun VI qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi, YAP Gənclər Birliyinin təşkilati dəstəyilə “Şəhidim” layihəsinə start verilib.
Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd insanlara vətənə və millətə məhəbbət ruhunun aşılanmasından, onlara ən müqəddəs hisslərdən biri kimi vətənpərvərlik hissinin təbliğ edilməsindən, həmçinin insanlara şəhidlərimizin heç bir yerdə səsləndirilməyən şərəfli ömür yolu və döyüş tarixçəsi barədə məlumatlar çatdırmaqdan ibarətdir. Layihənin rəhbəri YAP Gənclər Birliyinin fəal gənci Vüsalə Fətullayevadır.