Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 9 mart tarixindən ilk dəfə olaraq 1 900 ABŞ dollarını ötüb.
İyulun 7-də Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) hərraclarıın açılışında avqust fyuçerslərinin qiyməti 1 930 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 7% çoxdur.