Azərbaycan neftinin qiyməti 97 dollar olub

Azərbaycan neftinin qiyməti 97 dollar olub

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,18 ABŞ dolları, yaxud 1,2 % azalaraq 97,29 ABŞ dolları təşkil edib.

Hərraclarda “Brent” markalı neftin yanvar fyuçersləri 92,87 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.