Azərbaycanda inşa edilən ilk ödənişli yol nə vaxt istifadəyə veriləcək?

Azərbaycanda inşa edilən ilk ödənişli yol nə vaxt istifadəyə veriləcək?

Azərbaycanda inşa edilən ilk ödənişli magistral avtomobil yolunun istifadəyə veriləcəyi vaxt açıqlanıb.

Bu barədə Agentlik sədri Saleh Məmmədov bu gün keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, 152 kilometrlik Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun tikintisi davam etdirilir.

"Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun tikintisi, həmçinin M2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsinin 2022-ci ildə yekunlaşdırılması planlaşdırılır", - deyə S.Məmmədov bildirib.