Azərbaycanla Türkiyə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib

Azərbaycanla Türkiyə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib

Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev qanunu imzalayıb.

Sənədə əsasən, 2021-ci il sentyabrın 28-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib.