BMT-nin Azərbaycandakı agentlik rəhbərləri Füzuli hava limanı ilə tanış olublar

BMT-nin Azərbaycandakı agentlik rəhbərləri Füzuli hava limanı ilə tanış olublar

BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva və BMT-nin Azərbaycandakı agentlik rəhbərləri Füzuli hava limanı ilə tanış olublar. 

“Report” xəbər verir ki, onlar Füzuli hava limanına təyyarə ilə gəliblər.

Qonaqlar hava limanı ilə tanışlıqdan sonra “Zəfər Yolu” ilə Şuşaya səfər edəcəklər.

Hava limanı ilə yaxından tanışlıqdan sonra iştirakçılar Zəfər yolu ilə Şuşaya yola düşəcəklər.

Şuşa toplantısının təşkilində əsas məqsəd Azərbaycan-BMT tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən keçirilməsi üçün əlverişli platformanın yaradılmasının, həmçinin postpandemiya və postmünaqişə reallıqlarında Azərbaycanın yeni prioritetlərinin və imkanlarının müzakirə edilməsidir.

Toplantı iştirakçıları arasında Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi, təşkilatın Azərbaycandakı qurumlarının rəhbər şəxsləri yer alırlar.