Dollar avro qarşısında son 20 ilin ən yüksək məzənnəsinə çatıb

Dollar avro qarşısında son 20 ilin ən yüksək məzənnəsinə çatıb

ABŞ dolları çərşənbə axşamı Avropa ticarətində son 20 ilin ən yüksək səviyyəsinə qalxıb.

"APA-Economics" xəbər verir ki, EUR/USD məzənnəsi 0.31% azalaraq 2002-ci ilin dekabrından bəri ilk dəfə 1.0009 səviyyəsinə enib.
Məlumata görə, avronun məzənnəsinin paritetə yaxınlaşması Avropanın enerji ilə bağlı narahatlıqları və tüğyan edən inflyasiyanın qarşısını almaq üçün monetar siyasətini sərtləşdirən ABŞ-nin Federal Ehtiyat Sisteminin daha aqressiv faiz artımı ilə bağlıdır. Belə ki, FED iyun ayında uçot dərəcəsini 75 baza bəndi artırıb ki, bu da 1994-cü ildən bəri ən böyük dərəcə artımıdır. ABŞ-da inflyasiyanın artmasının dolların bahalaşmasına təkan verəcəyi gözlənilir.