İstanbulda partlayış törədən şəxs PKK ilə əlaqəsi olduğunu etiraf edib

İstanbulda partlayış törədən şəxs PKK ilə əlaqəsi olduğunu etiraf edib

İstanbulda baş verən partlayışla əlaqədar saxlanılan şəxsin kimliyi məlum olub və o, PKK ilə əlaqəsi olduğunu etiraf edib.

Türkiyə KİV xəbər verir ki, bu barədə İstanbul polis idarəsindən bildirilib.

Vurğulanıb ki, Ahlam Albashır Suriya əsillidir.

Qeyd edək ki, dünən İstanbulda baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.