Mirzoyan və Donfrid İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər

Mirzoyan və Donfrid İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid şənbə günü İrəvanda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Mirzoyan həmsöhbətini Azərbaycanla münasibətlərin normallaşması, delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın fəaliyyəti barədə məlumatlandırıb”, - XİN-dən bildirilib